Onlayn ictimai-siyasi qəzet
Britaniyalı psixoterapevt Syuzi Masterson hər hansı bir münasibətin pozulmasına gətirib çıxaran dörd xüsusiyyət barədə danışıb.
Bu barədə Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir.
Psixoterapevtin fikrincə, münasibətlərin əsas düşməni daim tənqid etmək istəyidir. Onun sözlərinə görə, partnyorlar özlərində olan ən çox qorxduqları şeyləri tez-tez tənqid edirlər. Bu, məsələn, qeyri-adi cinsi istəklər ola bilər.
Həmçinin münasibətlərə nifrət hissi də xələl gətirə bilər.
"Nifrət - çox vaxt utancdan müdafiədir. İstər siyasət, istər din, istər mədəniyyət və ya ailə olsun, münasibətlərdə qütbləşən baxış bucaqları olduqda, bu, bir tərəfin digərinə nifrət etməsinə səbəb ola bilər", - deyə o qeyd edib.
Bundan əlavə, müdafiə mövqeyi tutmaq istəyi münasibətləri məhv edə bilər. Çox vaxt uşaqlıqda sağlam münasibətlər görməyən insan bu mövqeni tutur.
"Belə adam deyir ki, mən o qədər hamını təmin etməklə məşğulam ki, hazırda münasibətlərimizə diqqət yetirməyə vaxtım və enerjim yoxdur", - deyə Syuzi Masterson əlavə edib.
"Bu, doğru ola bilər, lakin belə bir mövqe insanı partnyoru üçün əlçatmaz edir ki, bu da münasibətin bitməsinə doğru aparır", - mütəxəssis vurğulayıb.
Onun sözlərinə görə, münasibətlərə xələl gətirə bilən dördüncü xüsusiyyət olduqca emosional hallarda digər insanla öz arasında "divar hörmək" istəyidir ki, bu da münasibəti təhlükə altına alır.//Oxu.az
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ