İnsanlara hürriyət, millətlərə istiqlal!

Hamilə sevgilisini vəhşicəsinə öldürən “Vaqner”çi mühakimə olunur

Omskda “Vaqner” özəl hərbi şirkətin keçmiş döyüşçüsü hamilə sevgilisini vəhşicəsinə döyüb öldürməkdə mühakimə olunur.

Musavat.com “Kommersant” nəşrinə istinadla xəbər verir ki, işə Omsk vilayət məhkəməsində baxılır. Bu, 36 yaşlı Sergey Kozlovun yeni məhkəməsidir. Bundan əvvəl o, bir neçə dəfə məhkum olunub. Kozlov 2023-cü ilin oktyabrında hamiləliyinin son dönəmində olan 18 yaşlı sevgilisi Daryanı öldürüb.
Məhkəmə ekspertləri qurbanın bədənində 138 xəsarət, o cümlədən travmatik beyin zədəsi, burun sınığı, beyin kontuziyası, qaraciyərin yırtığı və qapalı qarın zədəsi qeydə alıblar. Qətl şahidlərin gözü qarşısında baş verdi, onlar iddia ediblər ki, Kozlov gənc qadının qarnının və sinəsinin üstünə tullanıb və onun uşağının anası olmağa layiq olmadığını söyləyib.

Məlum olub ki, Darya ölümündən əvvəl keçmiş döyüşçünün musiqi kolonkasını sındırıb və bu, onu özündən çıxarıb. Daha sonra Kozlov dinamikin gövdəsi parçalanana qədər qızın başına vurmağa başlayıb, sonra isə qızı təpikləyib, boynunu sıxıb. Kozlovu sakitləşdirməyə uğursuz cəhd edən qədəh dostları gördükləri mənzərəyə tab etməyərək küçəyə qaçıblar.

Dövlət ittihamının Kozlov üçün hansı cəza müddət tələb edəcəyi hələlik məlum deyil, lakin proses artıq yekun mərhələsinə çatıb. Bildirilir ki, təqsirləndirilən şəxs əvvəllər də bir neçə dəfə cinayət məsuliyyətinə cəlb edilib. 2021-ci ilin iyulunda məhkəmə onu qəsdən sağlamlığa ağır və yüngül xəsarət yetirməkdə təqsirli bilib və Kozlov altı il yarım həbs cəzası alıb. Lakin sonradan o, “Vaqner”ə cəlb edilib, Ukraynada döyüşlərdə iştirak edib, “İgidliyə görə” medalı alıb, 2023-cü ilin yayında isə müharibədən evə qayıdıb.

İndi Kozlov "hamilə qadının həddindən artıq qəddarlıqla öldürülməsi" maddəsi ilə mühakimə olunur. Əvvəlcə müttəhim Dariyanın ölümündə iştirakını inkar edib, onunla ortaq bir uşaq böyütməyi planlaşdırdığını bildirib, amma sonra günahını qismən etiraf edib. Psixoloji və psixiatrik ekspertiza onun ağlı başında olduğunu müəyyən edib və həmin şəxs istintaq təcridxanasında hökm gözləyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR