Onlayn ictimai-siyasi qəzet
Hamilə aktrisa 33 yaşında vəfat edib.
Milli.Az bu barədə "Mirror"a istinadla xəbər verir.
Suriyalı aktrisa və keçmiş Miss Asia World titulunun sahibi Angy Morad 33 yaşında, hamiləikən infeksiya səbəbindən vəfat edib.
Televiziya seriallarında canlandırdığı rollarla tanınan Angy Morad yanvarın sonlarında reanimasiya şöbəsinə yerləşdirilib, fevralın 9-da isə xəstəlikdən dünyasını dəyişib. Onun səhhəti ilə bağlı narahatlıqlar aktrisanın sosial şəbəkədə paylaşdığı mesajdan sonra artmışdı. O, bir neçə gün əvvəl Facebook hesabında "Ölürəm, məni bağışlayın" yazmışdı.
Məlumata görə, Morad əvvəlcə sətəlcəm xəstəliyi ilə mübarizə aparıb, lakin vəziyyəti ağırlaşaraq reanimasiyaya köçürülüb. Onun həyat yoldaşı Samer aktrisanın hesabında "Angy həyat və ölüm arasında mübarizə aparır. Xahiş edirəm, onun üçün dua edin" mesajını paylaşmışdı. Daha sonra anası "Facebook"da qızının vəfat etdiyini təsdiqləyərək, "Allah sənə rəhmət eləsin, qızım" sözlərini yazıb.
Angy Morad 1992-ci ildə Suriya paytaxtı Dəməşqdə anadan olub. Ali Dram Sənəti İnstitutunu bitirdikdən sonra 2007-ci ildə aktyorluq karyerasına başlayıb. O, "Baqaa Daw 13" və "Əl-Qərib" kimi Suriya seriallarındakı rolları ilə tanınıb. 2020-ci ildə sənətdən uzaqlaşan Morad bu il yanvarın 19-da yayımlanmağa başlayan "Souq Al Haramia" serialı ilə yenidən ekranlara qayıtmışdı.
21 Fevral 2025
20 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ