İnsanlara hürriyət, millətlərə istiqlal!

Hamı bu toydan DANIŞIR - Qızıllar çamadanlarda daşındı

Türkiyənin Şanlıurfa şəhərində baş tutan aşirət toyunda gəlinə kilolarla qızıl verilib.

Musavat.com IHA-ya istinadən xəbər verir ki, İzol aşirətindən olan iş adamı Mehmet Aydınlık və bankir Ayşegül Altuner evlənib.

Məlumata görə, AK Partiya və CHP siyasətçilərini bir araya gətirən möhtəşəm toy gecə saatlarına qədər davam edib.

Qızıl-zinət əşyalarının ağırlığından hərəkət etməkdə çətinlik çəkən gəlinə yaxınları kömək edib. Belə ki, təmtəraqlı toyun sonunda gəlinə verilən zinət əşyaları çamadanlarda daşınıb. 

Bəyin böyük qardaşı Fevzi Aydınlık hər kəsin təhlükəsizliyini nəzərə alaraq havaya atəş açmamaq barədə xəbərdarlıq edib.

Cütlüyün toyu gecə saatlarına qədər davam edib.

Toydan maraqlı görüntüləri təqdim edirik:

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR