İnsanlara hürriyət, millətlərə istiqlal!

Hamı bu qəzadan danışır... - Kimdir günahkar? - VİDEO

Bakıda avtomobil piyadanı vurub.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

"Yolun hər iki tərəfində piyada keçidi olmasına baxmayaraq, keçiddən istifadə etməyən piyadanı avtomobil vurub. Yol-nəqliyyat hadisəsi bu gün səhər saatlarında Səbail rayonu, Bülbül prospektində, "Sahil" metrostansiyasının yaxınlığında baş verib.

Təəssüf ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, vətəndaşların bəziləri hələ də piyada keçidlərindən istifadə etmirlər. Nəticədə də həyatlarını təhlükəyə atırlar", - məlumatda qeyd edilib.

"Sahil" metrostansiyasının yaxınlığında baş verən hadisə barədə fikirlərini yazan sosial şəbəkə istifadəçiləri piyadanın məsuliyyətsizliyini vurğulayıblar. Bir çoxları isə avtomobil sürücüsünün qəzadan yayınmasının mümkün olduğunu qeyd edib.

Qeyd edək ki, "Yol Hərəkəti Haqqında" Qanuna əsasən, təyin edilməmiş yerlərdən yolu keçən piyadalar məsuliyyət daşıyırlar və 20 manat cərimə edilirlər.

Bununla belə, mövcud qanunvericiliyə görə, piyada təyin edilməmiş ərazidən yolu keçsə belə, onu vuran sürücü piyadanın ölümü və ya xəsarət aldığı hallarda cinayət məsuliyyətinə cəlb edilir. Belə ki, qanunvericilik sürücülərin qəzadan yayınma imkanlarının mümkünlüyünü nəzərə alaraq onların məsuliyyətini müəyyən edir.

@@TVmusavat/65047@@

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR