Onlayn ictimai-siyasi qəzet
Türkiyənin məşhur aktyoru Halit Ergenç “Star TV”də yayımlanan və geniş izləyici kütləsi toplayan “Kral Kaybederse” serialındakı baş rolu – Kenan Baran obrazı ilə bağlı maraqlı açıqlamalar verib.
Musavat.com xəbər verir ki, Gülseren Budayıcıoğlunun eyni adlı əsəri əsasında ekranlaşdırılan serialda Aslıhan Gürbüz, Merve Dizdar və Nilperi Şahinkaya ilə baş rolları paylaşan aktyor, canlandırdığı Kenan Baran obrazının özündən çox uzaq olduğunu bildirib.
“Kenan Baranla özümü müqayisə edə bilmərəm. O, tamam fərqli biridir. Hətta deməliyəm ki, Allah göstərməsin. Onun kimi olmaq istəməzdim”, – deyə Halit Ergenç söyləyib.
Serialda obrazı üçün xüsusi saç tətbiqi istifadə edən aktyor, çəkilişlər öncəsi uzun hazırlıq mərhələsindən keçdiyini də vurğulayıb: “Hər gün 2 saatımız sadəcə saçla keçir. Taxılması 1,5 saat, çıxarılması isə yarım saat çəkir. Ancaq nəticəsi göz qabağındadır, hər şey yaxşı gedir”.
Uzun fasilədən sonra “Kral Kaybederse” ilə ekranlara qayıdan Halit Ergenç, yaratdığı Kenan Baran obrazı ilə – serialın adını daşıyan "kral" kimi – qeyri-adi davranışları və gözlənilməz addımları ilə tamaşaçıların diqqətini çəkir.
Musavat.com
10 Iyun 2025
09 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ