İnsanlara hürriyət, millətlərə istiqlal!

Hakim məhkəmə qarşısına çıxarılır – Külli miqdarda rüşvət almaqda ittiham olunur

Gəncə Ağır Cinayətlər Məhkəməsinə Elsun Əhmədovun cinayət işi üzrə dosye daxil olub. Cinayət işinə hakim Dadaş İmanovun sədrliyi ilə baxılacaq.

Musavat.com xəbər verir ki, Elsun Əhmədov Bərdə Rayon Məhkəməsinin hakimi olub.

O, Bərdə Rayon Məhkəməsinin hakimi olduğu müddətdə barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə rüşvət tələbi ilə bağlı məlumat daxil olub. Məhkəmə-Hüquq Şurası ilə birgə aparılan araşdırma müraciətdə göstərilən məlumatların əsassız olmadığını təsdiqləyib. Elsun Əhmədov Bərdə Rayon Məhkəməsinin hakimi vəzifəsində işləyərkən Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxsə yüngül cəzanın təyin olunması müqabilində onun ailə üzvündən külli miqdarda pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Elsun Əhmədovun fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən edildiyi üçün hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı Məhkəmə-Hüquq Şurasının 21 dekabr 2023-cü il tarixli qərarı ilə onun səlahiyyət müddəti uzadılmayıb. İş üzrə toplanmış ilkin sübutlar əsasında Elsun Məzahir oğlu Əhmədov şübhəli şəxs qismində tutulub. Fevralın 8-də ona Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan edilib. İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR