İnsanlara hürriyət, millətlərə istiqlal!

Hakan Sabancı ilə barışma ehtimalı var? - Handedən ayrılıq sonrası ilk açıqlama

Məşhur aktrisa Hande Erçel və sevgilisi Hakan Sabancı medianın diqqət mərkəzində olmağa davam edir.

Musavat.com xəbər verir ki, 31 yaşlı aktrisa ayrılıqdan günlər sonra yenidən görüntülənib və mətbuatın diqqətini çəkib.

Jurnalistlərin aktrisaya ünvanladığı "Barışma ehtimalı varmı" sualına Erçel belə cavab verib:

"Mən bu haqda danışmaq istəmirəm. Daha əvvəl də demişdim. Danışmayacağam. Çox sağ ol, danışmayacam".

Qeyd edək ki, Hande və Hakan uzun sürən münasibətlərini bu günlərdə sonlandırıblar. Hakan Sabancı ilk dəfə bununla bağlı açıqlama vermişdi:

"Bizim münasibətimizə heç kim hörmət etmir. Qarşılıqlı olaraq belə qərar aldıq. Məsələnin üçüncü şəxslə əlaqəsi yoxdur. Ailəm və anama edilən hörmətsizlik bizi məyus edir. Anam da açıqlama vermək məcburiyyətində qaldı. Başa düşürəm, müzakirəyə açıq mövzudur, hərə bir şərh verir. Lakin bu, artıq bizə hörmətsizlikdir. Xəyanət yoxdur, ailəmlə əlaqəli deyil. Bu barədə bir də danışmayacağam".

Onların gah xəyanət, gah da anası Arzu Sabancıya görə ayrıldığı iddia edilib. 

İş adamı Hakan Sabancının anası Arzu Sabancı oğlunun Hande Erçellə ayrılmasına münasibət bildirib. O qeyd edib ki, ayrılıq qərarı cütlüyə məxsusdur:

"Zaman keçdikdən sonra bu açıqlamanı niyə verirəm, deyə bilərsiniz… Aşağıdakı mətnimi çox əvvəl yazmışdım, amma o vaxt çox kədərli bir xəbər aldığım üçün bu mövzuya toxunmaq istəmədim. İndi isə şərhlərdə olmadığım insan kimi göstərilmək məni məyus etdiyi üçün bu açıqlamanı vermək istədim. Dostumda gördüyüm sitatı Hande fotoları silməzdən çox əvvəl paylaşmışdım. Paylaşılan sitatın bu mövzu ilə heç bir əlaqəsi olmadığı üçün, bunun fərq ediləcəyini düşünüb silmədim. Amma bu belə səhv başa düşüldü. Hande hər kəs tərəfindən sevilən, sənətində uğurlu, zərif, ağıllı və çox dəyərli qızdır. Onların münasibətini bütün dövrü boyunca sevinc və rəğbətlə izlədim. Ayrılıq qərarı Hakan və Handeyə aiddir, biz ailə olaraq bunu sonradan öyrəndik. Oğullarımızın şəxsi həyatı tamamilə onların öz seçimidir. Biz bu prosesə heç vaxt müdaxilə etməmişik və etməyəcəyik. Məni olmadığım biri kimi göstərməyə çalışmalarına kədərlənirəm. Amma bilirəm ki, nə yazsam da, hər kəs inanmaq istədiyinə inanacaq. Mən isə sadəcə öz həqiqətimi buradan paylaşmaq istədim".

Könül,
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR