Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Xarici İşlər Naziri Hakan Fidanın son görüntüləri sosial şəbəkələrdə və media məkanında böyük marağa səbəb olub.
Musavat.com xəbər verir ki, nazirin qatıldığı televiziya proqramında aparıcının verdiyi sualla bağlı reaksiyası geniş müzakirələrə yol açıb.
Fidanın mimikası, bədən dili və verdiyi cavab izləyicilərin diqqətindən yayınmayıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə, aparıcının sualına Fidanın səbrli, lakin bir qədər düşündürücü cavab verməsi izləyicilərin müxtəlif rəylər bildirməsinə səbəb olub. Bəziləri onun diplomatik yanaşmasını və soyuqqanlılığını təqdir edərək, təcrübəli siyasətçi olduğunu vurğulayıb. Digər bir qisim isə onun reaksiyasını daha dərin mənalar daşıyan bir jest kimi qiymətləndirib.
Sözügedən görüntüləri təqdim edirik.
Musavat.com
16 Mart 2025
15 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ