İnsanlara hürriyət, millətlərə istiqlal!

Hakan Fidan: “Türkiyə Ermənistan və Azərbaycan arasında sülh sazişini dəstəkləyir”

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə görüşü zamanı Azərbaycan və Ermənistan arasında normallaşma və sülh danışıqları prosesini müzakirə edib.

Musavat.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

“Biz Türkiyə olaraq iki ölkə arasında sülh sazişini dəstəklədiyimizi və bunun reallaşması üçün əlimizdən gələni etdiyimizi bildirdik. Onlar da bu məsələdə həmfikirdirlər, düşünürük ki, bölgədə normallaşma bölgənin xeyrinə olacaq”, - H.Fidan deyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR