Onlayn ictimai-siyasi qəzet
23:28
Haiti yığmasının heyətindən Jan-Jak, 83-cü dəqiqədə hesabı 3:0 edir.
------------
23:08
Haiti Azərbaycan yığmasının qapısına 2-ci topu vurur. Frantsdi Pyerro 62-ci dəqiqədə dubl edir.
-------
22:05
Haitinin heyətində Frantsdi Pyerro 9-cu dəqiqədə hesabı açır.
-------
21:00
Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirəcək Haiti yığması ilə matç üçün start heyətlər açıqlanıb,
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 13. Rahil Məmmədov, 4. Bəhlul Mustafazadə, 15. Bədavi Hüseynov (k), 3. Elvin Cəfərquliyev, 20. Aleksey İsayev, 6. Ozan Can Kökçü, 7. Coşqun Diniyev, 19. Nəriman Axundzadə, 17. Toral Bayramov, 10. Mahir Emreli Baş məşqçi: Fernandu Santuş
Haiti: 1. Pyerr, 8. Eksperiens, 4. Ade (k), 22. Duverne, 2. Arkus, 17. Jan-Yaskes, 14. Pyerr, 21. Attis, 20. Pyerro, 10. Don Dedson, 9. Nazon Baş məşqçi: Sebastien Miqne
------------
10:13
Bu gün Azərbaycan milli komandası 2025-ci ildə ilk oyununa çıxacaq.
Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv yoxlama matçında tarixində ilk dəfə Haiti millisi ilə üz-üzə gələcək.
Saat 21:45-də start götürəcək oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
Qeyd edək ki, hazırda Haiti millisi FİFA reytinqində 86-cı yeri tutur. Azərbaycan yığması isə 117-ci yerdə qərarlaşıb.
Millimiz növbəti yoxlama görüşündə Bakıda Belarusla üz-üzə gələcək.
Yoxlama oyunu
22 mart
21:45. Azərbaycan - Haiti
Hakimlər: Kadir Sağlam, Deniz Caner Ozaral, Anıl Usta (Türkiyə), Fərid Hacıyev (Azərbayan)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
24 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ