Onlayn ictimai-siyasi qəzet
Hacıqabulda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının Hacıqabul rayonu Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Minik və yük avtomobillərinin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirlib.
Yaralılardan 3-ü ambulator yardım alıb. Digər yaralı Ucar rayon sakini, 1986-cı il təvəllüdlü Ədilov Paşa Mövlud oğlunun vəziyyətinin ağır olduğu bildirilir.
Onun çoxlu qan itirdiyi və ayağının amputasiya olunma təhlükəsi yarandığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
16 Noyabr 2024
15 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ