Onlayn ictimai-siyasi qəzet
Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barəsində seçilmiş həbs qərarından apellyasiya şikayəti verilib.
Musavat.com xəbər verir ki, Xətai Rayon Məhkəməsinin qərarı ilə Hacı Vəliyev barəsində həbs qətiimkan tədbiri seçilmişdi.
Qərardan şikayət Bakı Apellyasiya Məhkəməsində baxılıb. Səhhətində olan problemi diqqətə çatdıran H.Vəliyev barəsində seçilmiş qərarın dəyişdirilməsini istəyib.
Məhkəmə şikayəti təmin etməyib.
Vəliyev martın 31-də Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
İ.Muradov
Musavat.com
07 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ