İnsanlara hürriyət, millətlərə istiqlal!

Hacı Nuranın Tarkanla fotosu gündəm oldu

Konsert vermək üçün Bakıya gələn məşhur türkiyəli müğənni Tarkanın görüntüləri sosial şəbəkədə gündəm olub.

Musavat.com xəbər verir ki, görüntüləri «HN» media holdinqin rəhbəri Hacı Nuran Hüseynov paylaşıb.

“”Heydər Əliyev ili”ndə Bakının ən mötəbər qonaqlarından biri gecə saatlarından paytaxtdadır ... Hər səfəri böyük səs-küylə, coşğuyla qarşılanan bu meqastar dünyaca məşhur türkiyəli müğənni Tarkandır... Müğənninin hər gəlişi pərəstişkarları üçün böyük bayram olur... Düzdür, konsertin biletləri elə də ucuz deyil, amma Tarkan sənətini sevənlər hələ bir ay əvvəldən bu biletləri bitirdilər...”, - deyə o yazıb.

Hacı Nuranın Tarkanla olan fotosu sosial şəbəkələrdə çox sayda paylaşılıb. Bəzi izləyicilər bu fotodan sonra zarafatyana şəkildə Tarkanla bağlı narahatlıqlarını ifadə ediblər.//cebhe.info

Hacı Nuranın Tarkanla fotosu gündəm oldu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR