Onlayn ictimai-siyasi qəzet
“Atam Habil müəllimin kamançası çox idi. Ona bahalı brilliant daşlar və qızıl işləməli kamança hədiyyə etmişdilər”.
Bu fikirləri mərhum kamança ustası Habil Əliyevin qızı Vəfa Əliyeva söyləyib.
Lent.az-ın xəbərinə görə, proqramlardan birində atası ilə bağlı xatirələrini bölüşən Vəfa xanım deyib ki, atası həmin qiymətli kamançadan istifadə etməyib.
“Atam o kamançadan istifadə etmirdi. O kamança muzey əşyası kimi evdə qalırdı. Onun özünün xüsusi kamançası var idi və yalnız onda ifa edirdi. Atama başqa kamança verib ifa etməsini istəyəndə o, bunu edə bilmirdi. Habil müəllim çox çətin xasiyyətli, çox həssas insan idi...”.
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ