Onlayn ictimai-siyasi qəzet
“Gürcüstan prezidenti Salome Zurabişvili Gürcüstanın milli maraqlarına birbaşa xəyanət edən xaindir.
Musavat.com xarici agenltiklərə istinadən xəbər verir ki, bu sözlər Gürcüstanın baş naziri İrakli Kobaxidze tərəfindən səslənib.
Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının liderləri bu gün Zurabişvilinin “radikal müxalifətə” keçdiyini bildiriblər. Hakim qüvvənin nümayəndələri ən böyük müxalifət partiyasını “Vahid Milli Hərəkat” və onun tərəfdaşlarını “Milli Hərəkat” və Gürcüstanın və xalqın maraqlarına zidd olaraq, ölkədə vəziyyəti gərginləşdirməkdə suçlayıblar. Onlara görə müxalifət inqilab və hakimiyyət dəyişikliyi yolu ilə ölkəni müharibəyə sürükləmək istəyir.
“Ən kədərlisi odur ki, hələ də qanuni olaraq Gürcüstanın prezidenti adlandırılan şəxs, sözün hərfi mənasında, sadəcə olaraq, bu ölkəyə xəyanət edir”, – deyə Kobaxidze bildirib.
Salome Zurabişvili 2024-cü ilin payızının sonuna qədər Gürcüstanın prezidenti olacaq. Zurabişvilinin varisini gələn ilin oktyabrında keçiriləcək parlament seçkilərində 5 faizlik baryeri keçən partiyaların daxil olduğu Seçkilər Kollegiyası seçəcək.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ