Onlayn ictimai-siyasi qəzet
Gürcüstan Konstitusiya Məhkəməsinə "xarici təsirin şəffaflığı haqqında" qanunun fəaliyyətinin dayandırılması və ləğv edilməsi tələbi ilə üç iddia qaldırılacaq.
Oxu.Az "Sputnik Georgia"ya istinadən məlumat verir ki, onlardan biri Gürcüstan prezidenti Salome Zurabişvili tərəfindən hazırlanacaq və bazar ertəsi məhkəməyə göndəriləcək.
Məlumata görə, Zurabişvili hakimlər kollegiyasına hökumətin Konstitusiyanın "ölkənin Avropa və Avro-Atlantik strukturlara inteqrasiyası" ilə bağlı 78-ci maddəsini pozduğunu sübut etməyə çalışacaq.
Artıq 100-ə yaxın qeyri-hökumət təşkilatının oxşar birgə iddia hazırladığı bildirilir.
Bundan başqa, mətbuatda yayılan məlumatlara görə, müxalifət də konstitusiya iddiası hazırlayır.
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ