İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda leysan: ölən və itkin düşən var

Gürcüstanda leysan yağışları paytaxt Tbilisi də daxil olmaqla, bir neçə rayonda ciddi fəsadlar törədib.

Referans.az xəbər verir ki, Kaspi rayonu ərazisindən keçən Kavtura çayı məcrasında çıxıb. Sel suları Kavtisxevi kəndi ərazisində içərisində 3 nəfərin olduğu minik avtomobilini aparıb. Nəticədə 1 nəfər ölüb, 1 nəfər xilas edilib. Üçüncü şəxsin axtarışları isə davam edir.

Qori rayonu ərazisindəki Medcuda və Tortla çayları da məcrasından çıxıb. 4 kəndin və məcburi köçkünlərin məskunlaşdığı Karaleti qəsəbəsini su basıb. 70-dən çox evə və ictimai-iaşə obyektinə su dolub.

Tianeti bələdiyyəsi ərazisindəki 10 kəndlə əlaqə tam kəsilib.

Paytaxtın “Köhnə Tbilisi” adlanan hissəsindəki Dmitri Kipiani küçəsində torpaq sürüşməsi nəticəsində evin divarı uçub. Xəsarət alan yoxdur, evlərə isə ciddi ziyan dəyib.

Leysan yağışları və sel suları magistral yolları, qaz kəmərlərini, elektrik dirəklərini dağıdıb, təsərrüfat sahələri yararsız vəziyyətə düşüb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR