İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda iqtidar partiyası liderdir

Gürcüstanda siyasi partiyaların reytinqində 25% səslə hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyası liderlik edir.

Musavat.com xəbər verir ki, Beynəlxalq Respublikaçılar İnstitutunun (IRI) sosial araşdırması bunu göstərir.

Onun əsas rəqibi Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyası respondentlərin yalnız 13%-lik rəğbətini qazanıb.

Araşdırmada onları “Gürcüstan naminə” Giorgi Qaxaria – 4%, “Agmaşenebeli Strategiyası” – 3%; “Xalqın Gücü” – 1% (5%); “Lelo” – 2% (4%); “Girçi” – 3%; “Girçi/Droa” (Zurab Caparidze və Elene Xoştariya) – 2% İşçi Partiyası - 2% “Vətəndaşlar” – 2% “Xalq üçün” – 2% ,“Vətənpərvərlər Alyansı” – 1% (1%); Mühafizəkar hərəkat – Al info – 1%, “Avropa Gürcüstanı” – 1%-lə izləyir.

Siyasi partiyaların antireytinqləri belədir: respondentlərin 40%-i heç vaxt Vahid Milli Hərəkata, 29%-i “Gürcü arzusu”na səs verməyəcəyini bildirib.

Ölkədəki qurumların təsirinə gəlincə, əvvəlki kimi ordu/silahlı qüvvələr 77% (16% mənfi) müsbət qiymətləndirilir. Bundan sonra aşağıdakılar gəlir: Kilsə – müsbət 71% (21% mənfi); Daxili İşlər Nazirliyi/Polis – müsbət 67% (28% mənfi); Media – müsbət 58% (35% mənfi); Hökumət – müsbət 49% (41% mənfi) və s.

Bundan əlavə, respondentlərə “Gürcüstan hansı istiqamətdə hərəkət edir?” sualı da verilib.Onların 54%-i Gürcüstanın yanlış istiqamətdə getdiyini, 39%-i “düzgün istiqamətdə” olduğunu vurğuladığını, 7%-i isə bilmədiyini qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR