Onlayn ictimai-siyasi qəzet
Tiflisin mərkəzində, Azadlıq Meydanı və Rustaveli prospektində keçirilən etiraz aksiyaları davam edir. Etirazçılar müxtəlif avadanlıqlarla təchiz edilib, onlara qoruyucu maskalar və qaz maskaları paylanıb. Aksiyalar hazırda dinc xarakter daşısa da, vəziyyətin gərgin olduğu müşahidə olunur.
Musavat.com xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, parlament binasının yaxınlığına xüsusi təyinatlılar və su şırnaqları səfərbər edilib. Eyni zamanda, etirazçılar müşahidə kameralarına enerji verən elektrik naqillərini yandırıblar.
Hadisələrin mərkəzində olan Rustaveli prospektində hüquq-mühafizə orqanları ilə etirazçılar arasında qarşıdurma riskinin olduğu bildirilir. Etirazçıların təşkilatlanma səviyyəsi və hökumətin xüsusi texnika ilə aksiyalara hazır olması, proseslərin nəzarətdən çıxa biləcəyi ehtimalını gündəmə gətirir.
Müşahidəçilərin fikrincə, Gürcüstanda bu aksiyalar ölkədəki siyasi vəziyyətin gərginliyini bir daha ortaya qoyur.
Musavat.com
@@TVmusavat/102278@@
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ