İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan şirkətlərinin bazar dəyəri sürətlə düşür: 1,6 milyardlıq ucuzlaşma...

Bu il mayın 1-dən iyunun 4-dək “xarici agentlər” haqqında qanunun qəbulu fonunda səhmləri London Fond Birjasında (LSE) ticarət olunan Gürcüstan şirkətlərinin bazar kapitallaşması 1,6 milyard funt sterlinq azalıb.

Musavat.com xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının eks-prezidenti, müxalif “Avropa Optimistləri” partiyasının təsisçisi Roman Qotsiridze bildirib.

Onu sözlərinə görə, səhmləri birjada ticarət olunan 3 şirkətin kapital itkisi 5,6 milyard lariyə - 1,6 milyard funt sterlinq təşkil edir. Bu isə həmin şirkətlərin dəyərinin 25 faizinə bərabərdir.
Qotsiridze şirkətlər üzrə itkiləri açıqlayıb: Bank of Georgia Groupun qiymətli kağızları 30,9 faiz, TBC Bank Group - 25,6 faiz, Georgia Capital (investisiya şirkəti, ikinci əsas aktivi Bank of Georgia Group Plc) – 29,8 faiz ucuzlaşıb.

Bu gün də LSE-də hərracların açılışından sonra bütövlükdə Gürcüstan şirkətlərinin səhmlərinin qiyməti enməkdə davam edir. Günortaya qədər, TBC Bank Group-un səhmləri 1,16 faiz, Bank of Georgia Group - 2,13 faiz, Georgia Capital - 2,34 faiz azalıb.

Birjanın məlumatına görə, iyunun 4-nə TBC Bank Group-un kapitallaşması 1,43 milyard funt-sterlinq, Bank of Georgia Group-un kapitallaşması 1,69 milyard funt-sterlinq, Georgia Capital-ın kapitallaşması 399,8 milyon funt-sterlinq təşkil edir.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR