İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan rusiyalı turistlər üçün ölkəyə giriş şərtlərini DƏYİŞİR

İyunun 1-dən Gürcüstanda turistlər üçün yeni qaydalar qüvvəyə minəcək.

Bu barədə Rusiya Turoperatorları Assosiasiyası məlumat yayıb.

Bildirilib ki, qeyd olunan tarixdən etibarən ölkəyə gələn bütün qonaqlardan qaldıqları bütün müddət ərzində tibbi sığorta tələb olunacaq.

Yaydan başlayaraq Gürcüstana gələn hər bir turist ölkədə qaldığı bütün müddət ərzində tibbi sığortaya sahib olmalıdır. Bu tələbi pozanlar təxminən 110 ABŞ dolları məbləğində cərimə olunacaqlar.

Səyahətlərini və uçuşlarını təkbaşına planlaşdıran səyahətçilər bu tələbə xüsusi diqqət yetirməlidirlər. (APA)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR