İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan polisi erməni təxribatının qarşısını aldı

Gürcüstanın paytaxtı Tbilisidə fəaliyyət göstərən radikal erməni qrupunun təşkilatçılığı ilə Azərbaycana qarşı yürüş keçirilib.

APA xəbər verir ki, paytaxtın Vake parkı adlanan ərazisinə toplanmış təxminən 100-dək diaspora üzvü Avropa İttifaqının (Aİ) Tbilisidəki nümayəndəliyinin qarşısına yürüş edib. Aksiyaçılar burada Azərbaycan və Türkiyə əleyhinə müxtəlif şüarlar səsləndiriblər.

Əraziyə çox sayda hüquq-mühafizə orqanı əməkdaşı cəlb edilib. Polis radikal qrupa özünü buraxmış qondarma qurumun “bayrağının” açılmasına icazə verməyib. Aİ nümayəndəliyi qarşısında müxtəlif şüarlar səsləndirən ermənilər daha sonra ərazini tərk ediblər. Aİ nümayəndəliyi ermənilərin aksiyasına heç bir reaksiya verməyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR