İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan öz qanunvericiliyini 60 faiz avropalaşdırıb

Gürcüstan Avropa İttifaqı ilə azad ticarət sazişindəki öhdəliklərə əməl edərək öz qanunvericiliyini 60 faiz Avropa qanunvericiliyinə uyğunlaşdırıb.

Musavat.com xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Gennadi Arvaladze AB ilə assosiasiya sazişinin icrası vəziyyəti müzakirə olunan parlamentdə məlumat verib.

Onun sözlərinə görə, Gürcüstan sazişdən irəli gələrək öz qanunvericiliyini böyük ölçüdə Avropa qanunvericiliyinə uyğunlaşdırmağa nail olub.

Xatırladaq ki, Gürcüstan 2014-cü ildə Aİ ilə assosiasiya sazişi imzalayıb. 2022-ci ildə isə ölkənin gözləntilərinin əksinə olaraq ona AB üzvlüyünə namizəd statusu alması üçün 12 şərt irəli sürülüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR