Onlayn ictimai-siyasi qəzet
2024-cü ildə Gürcüstanda 9 faizlik iqtisadi artım qeydə alınıb.
Musavat.com xəbər verir ki, bunu ölkənin baş naziri İrakli Kobaxidze açıqlayıb. Onun sözlərinə görə, bu il iqtisadiyyat 9 faizdən çox arta bilər.
Baş nazir bildirib ki, bu il göstəricinin daha yüksək olması üçün real potensial möcuddur: "Yanvar iqtisadi baxımdan kifayət qədər güclü aydır və biz il boyu prosesləri intensivləşdirməyə davam edəcəyik. Ona görə də bu il artım tempinin 9 faizi keçəcəyi tamamilə realdır. Büdcənin ilkin proqnozu 6 faiz olsa da, proqnozu üstələdik. Bilirsiniz ki, biz həmişə buna ciddi yanaşırıq”.
Gürcüstan hakimiyyətinin rəsmi proqnozuna görə, 2025-ci ildə ölkədə ÜDM ən azı 6 faiz artacaq, inflyasiya 1 faizə enəcək.
BVF-nin proqnozuna görə, 2025-ci ildə Gürcüstanda ÜDM-in artımı 6 faizə qədər yavaşlayacaq, Dünya Bankı eyni qiymətləndirməyə sadiqdir. BMT Gürcüstanda 5,4 faiz, Avropa Komissiyası - 5,8 faiz, AYİB - 4,6 faiz, Asiya İnkişaf Bankı - 5,5 faiz, Fitch reytinq agentliyi - 5,3 faiz artım gözləyir. Gürcü iqtisadçılarının konsensus proqnozuna görə, Gürcüstanın iqtisadi artımı bu il 3,6 faizə qədər yavaşlayacaq.
2023-cü ildə ölkədə iqtisadi artım 7,8 faiz, 2022-ci ildə 10,4 faiz təşkil edib.
Musavat.com
24 Yanvar 2025
23 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ