İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan “Buk”ları Ukraynaya qaytarmır

Gürcüstan Müdafiə Nazirliyi 2008-ci ildə Ukraynadan aldığı “Buk” zenit-raket komplekslərini qaytarmaq niyyətində olmadığını açıqlayıb.

Musavat.com xəbər verir ki, gürcü rəsmilərinin sözlərinə görə, onlar bu sistemləri pulsuz əldə etməyiblər.

Bundan əvvəl Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanov “European Pravda”ya müsahibəsində rəsmi Kiyevin 2008-ci ildə hərbi əməliyyatlar zamanı təhvil verilmiş “Buk” zenit-raket komplekslərinin geri qaytarılması üçün Tiflisə sorğu göndərdiyini söyləyib.

“Ukraynanın Gürcüstana “Buk” hava hücumundan müdafiə sistemləri verməsi barədə xəbər reallığa uyğun gəlmir. Müdafiə departamenti “Buk” sistemlərini 2007-ci ildə yüksək xərc çəkməklə alıb”, - deyə Gürcüstan Müdafiə Nazirliyi bildirib.

Gürcüstan rəsmilərinin iddiasına görə, “Buk”ların alınması gizli razılaşma yolu ilə həyata keçirilib, çünki nazirlikdə başqa konkret məlumat mövcud deyil.

Qeyd edək ki, hakim “Gürcü Arzusu” partiyasından olan deputat Givi Mikanadze Ukrayna tərəfinin istəyinə sərt təpki göstərib. Onun fikrincə, Ukraynanın 15 il əvvəl Gürcüstana təhvil verdiyi silahların geri qaytarılması xahişi gürcüləri Ukraynadakı savaşa cəlb etmək cəhdindən başqa bir şey deyil.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR