İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan Azərbaycandan elektrik enerjisi idxalını 7 dəfədən çox artırıb

2024-cü ildə Gürcüstan 23,4 milyon dollardan çox qiymətə 1,2 milyard kilovatsaatdan çox elektrik enerjisi idxal edib.

Musavat.com Gürcüstanın Milli Statistika Xidmətinin məlumatlarına istinadən xəbər verir ki, ölkənin enerji idxalı mənbələri arasında Rusiya birinci olub – ötən il gürcülər oradan 12,7 milyon dollar dəyərində enerji alıblar. Bu, əvvəlki ildəkindən 13,7 dəfə çoxdur.

Gürcüstanın 2024-cü ildə ikinci böyük enerji mənbəyi Azərbaycan olub - 10,97 milyon dollarlıq enerji alınıb(2023-cü ildəkindən 7,1 dəfə çox). Üçüncü yerdə olan Türkiyədən 80,04 min dollarlıq, dördüncü olan Ermənistandan isə 39,51 min dollarlıq idxal olub.

2023-cü ildə Gürcüstanın idxal etdiyi elektrik enerjisinin həcmi xeyli az olub - Rusiyadan 904,15 min dollarlıq, Azərbaycandan isə 153,46 min dollarlıq.

Gürcüstan 2024-cü ildə 49 milyon dollardan yuxarı qiymətə 1,1 milyard kVt/saatdan çox elektrik enerjisi ixrac edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Aprel 2025

02 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR