Onlayn ictimai-siyasi qəzet
Ukraynada müharibənin başladığı 2022-ci ildən Gürcüstan hakimiyyəti Qərbin sanksiya siyahısına daxil edilmiş 2 min vahiddən çox malı Rusiyaya buraxmayıb.
Musavat.com xəbər verir ki,bu barədə jurnalistlərə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük risklərinin idarə edilməsi üzrə rəis müavini Otar Rikadze məlumat verib.
Onun sözlərinə görə, söhbət 2022-ci ildən hazırkı günə qədər olan müddətdən gedir.
Məmur bildirib ki, sanksiya tətbiq edilən yüklərin izlənməsi prosesində Gürcüstan ABŞ və Avropa İttifaqından olan tərəfdaşlarla intensiv əməkdaşlıq edir.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ