İnsanlara hürriyət, millətlərə istiqlal!

"Gürcü Arzusu"ndan Avropa İttifaqına demarş: Üzvlük təşəbbüsləri dondurulur

Gürcüstan 2028-ci ilin sonuna kimi Avropa İttifaqına üzvlüklə bağlı danışıqların başlanması məsələsini qaldırmayacaq.

Musavat.com xəbər verir ki, bu, hakim Gürcü Arzusu partiyasının bəyanatında yer alıb. Bəyanatı jurnalistlərə Baş nazir İrakli Kobaxidze açıqlayıb. Onun sözlərinə görə, bundan əlavə, Gürcüstan 2028-ci ilin sonuna qədər Avropa İttifaqının hər hansı büdcə qrantlarından imtina edəcək.

Bəyanatda qeyd olunur ki, Gürcüstan 2028-ci ildə 2030-cu ildə Avropa İttifaqına daxil olmaq üzrə danışıqların başlanması üçün adekvat şəkildə hazırlaşacaq: “Biz dayanmırıq və Avropa İttifaqı ilə assosiasiya və azad ticarət haqqında saziş üzrə bütün öhdəlikləri yerinə yetiririk".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR