Onlayn ictimai-siyasi qəzet
İspaniya "Real"ının İngiltərənin "Liverpul" klubu ilə Çempionlar Liqasında oynadığı matçda "Liverpul"un fizioterapevtinin Arda Gülərə su vermədiyi görüntülər üzə çıxıb.
Musavat.com xəbər verir ki, UEFA Çempionlar Liqasının 5-ci həftəsində "Real" (Madrid) "Liverpul"un meydanına səfər edib.
Oyun zamanı zədələnən "Liverpul" oyunçusuna müdaxilə üçün meydana daxil olan fizioterapevtin susamış Arda Gülərin su alma cəhdini sərt şəkildə rədd etdiyi görüntülər diqqət çəkib.
Qeyd edək ki, Arda Gülərin start heyətində meydana çıxdığı qarşılaşmanı 0:2 hesabı ilə uduzan "Real" (Madrid) Çempionlar Liqasındakı 5-ci matçında 3-cü məğlubiyyətini yaşayıb.
Musavat.com
04 Fevral 2025
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ