İnsanlara hürriyət, millətlərə istiqlal!

Güneyli siyasi məhbusun həyatı təhlükədədir, ancaq müalicəyə icazə verilmir - FOTO

İranın paytaxtındakı Evin həbsxanasında saxlanılan siyasi məhbus və işçi hərəkatın azərbaycanlı fəal Rza Şəhabinin müalicəsinə icazə verilmir. 

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Məlumata görə, bir neçə xəstəlikdən əziyyət çəkən və ürək çatışmazlığı səbəbindən ağır vəziyyətdə olan güneyli məhbus həbsxanada huşunu itirib. Bundan sonra o, müalicə üçün xəstəxanaya köçürülsə də, iki saat sonra geri qaytarılıb və ağır vəziyyətdə kameraya salınıb.

Qeyd edək ki, 2022-ci il mayın 12-də həbs edilən fəal əslən Şərqi Azərbaycan əyalətinin Şəbistər şəhərindəndir. O, “hakimiyyətə qarşı təbliğat aparmaq” və “ölkənin milli təhlükəsizliyinə xələl gətirmək üçün toplaşmaq və əlbir olmaq” maddələri ilə ittiham edilərək, 6 il azadlıqdan məhrum olunub. Siyasi fəal saxlanılarkən hökumət qüvvələri tərəfindən qəddar şəkildə döyüldüyünə görə fəqərə sütunu və boyun nahiyəsindən ağır xəsarət alıb.

Xatırladaq ki, Rza Şəhabi bundan əvvəl dinc fəaliyyətlərinə görə 6 il həbs cəzası çəkib. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR