Onlayn ictimai-siyasi qəzet
Dünən Güney Azərbaycan Milli Hətəkatının fəalları prezidentliyə namizəd olan 6 şəxsin adının açıqlanması ilə eyni vaxtda Urmiya şəhərində etiraz vərəqələri paylayaraq seçkiləri boykot etməyə çağırıblar.
Musavat.com xəbər verir ki, bununla bağlı, güneyli milli fəal və siyasi məhbus Abbas Lisaninin “Telegram” kanalı xəbər verib.
Etiraz vərəqələrində yazılıb: “Biz yaxşı bilirik ki, sağlam, şəffaf və rəqabətli seçkilər vasitəsilə siyasi iştirak demokratik sistemin vacib alətlərindən biridir, ancaq onun yanında hüquq, fikir və ifadə, partiya və təşkilatların azadlığı, dinc aksiyaların və mətbuat azadlığı olmalıdır, eləcə də məhkəmələr müstəqil keçirilməlidir”.
Milli fəallar İranda yaşayan etnik xalqların, ən əsas da Güney azərbaycanlıların hüquqlarının tanınmadığını və onlara hörmət edilmədiyini də vurğulayıblar. Onlar ayrı-seçkilik səbəbindən seçki şousunda iştirak etməyəcəklərini qeyd ediblər.
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ