Onlayn ictimai-siyasi qəzet
Güney Azərbaycanda Novruz bayramı günlərində üç nəfər edam edilib.
Bildirilir ki, martın 18-də Təbrizin mərkəzi həbsxanasında Culfa şəhər sakini olan adı açıqlanmayan bir qadın və əri Yasin Zülfüqari dar ağacından asılıblar. Martın 25-də isə 36 yaşlı təbrizli Abbas Ağayinin edam hökmü həyata keçirilib.
Qeyd olunub ki, edam edilən hər üç güneyli narkotik maddələrin qaçaqmalçılığında ittiham edilib.
@@AzadIranTelegram/34478@@
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ