İnsanlara hürriyət, millətlərə istiqlal!

Günəşdən gələn qara qaz emissiyasının Yerə təsiri var? – Naumov açıqladı

Son zamanlar günəşdən atılan qara qaz emissiyası yerə heç bir təsiri olmayacaq.

Astronom Vladimir Naumov bu hadisənin Yerə heç bir təsiri olmayacağını açıqlayıb. Naumovun sözlərinə görə, bu hadisə günəşin atmosferində baş verən bir proses nəticəsində yaranır və yer üzündə heç bir təhlükə yaratmır.

Milli.Az xəbər verir ki, o, neytral hidrogenin Günəş işığının qarşısını alaraq qara görünməsinə səbəb olduğunu izah edib. Lakin atılan bu maddə fotosferaya qayıdaraq Günəşə geri dönür və nəticədə heç bir zərərli təsir yaranmır. Naumov əlavə edib ki, bu fenomen maqnit qasırğalarına və ya başqa narahatlıqlara səbəb olmamalıdır.

Alimlər bu nadir hadisəni yalnız üç saat ərzində müşahidə ediblər. Günəşdəki qara emissiya həm nadir, həm də bənzərsiz bir hadisə kimi tədqiq edilir, lakin Naumov və digər mütəxəssislər insanların bu prosesdən qorxmasına əsas olmadığını bildiriblər. Yerin maqnit sahəsi isə insanları bu cür emissiyaların və günəş fəaliyyəti nəticəsində yaranan təsirlərdən qorumağa qadirdir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Yanvar 2025

26 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR