İnsanlara hürriyət, millətlərə istiqlal!

Gündəmi zəbt edən GÖRÜNTÜLƏR: Ata və ana 1 yaşlı körpənin həyatını heçə saydılar - ARAŞDIRMA BAŞLADI

Son günlər paytaxt yollarında moped və motosiklet sürücülərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayı artmaqdadır.

Sosial şəbəkələrdə tez-tez yayılan görüntülər bu problemin miqyasını bir daha göz önünə sərir. Bakı Olimpiya Stadionunun yaxınlığında qeydə alınan son görüntülər isə məsələni yenidən gündəmə gətirib.

Kadrlar ani ehtiyatsızlığın necə böyük faciəyə çevrilə biləcəyini nümayiş etdirir. Motosikletdə ata, ana və 1 yaşlı körpənin təhlükəsizlik qaydalarına əməl olunmadan hərəkət etməsi sosial şəbəkə istifadəçilərinin də ciddi narahatlığına səbəb olub.

Hazırda yayılan görüntü ilə bağlı araşdırma aparılır. Dövlət Yol Polisindən verilən məlumata görə, mövcud qanunvericiliyin tələblərinə əsasən, adamların həmin nəqliyyat vasitələrində daşınması qadağandır və inzibati məsuliyyət yaradır.

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov bildirir ki, əksər hərəkət iştirakçıları yol hərəkəti qaydalarını yetərincə bilmirlər:

"Bu nəqliyyat vasitələrini idarə edən gənc vətəndaşlarımız dəbilqə taxmaq qaydalarına əməl etmirlər. Onlar həmin vasitələri avtomobil yolunun sol zolağında idarə edirlər, halbuki sağ zolaqdan istifadə etməlidirlər. Belə nəqliyyat vasitələrinin həm önündə, həm də arxasında işıqlı fənərlər olmalıdır. Eyni zamanda bu nəqliyyat vasitələrində sərnişin daşımaq qadağandır".

Ətraflı Baku TV-nin süjetində:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 May 2025

28 May 2025

BÜTÜN XƏBƏRLƏR