Onlayn ictimai-siyasi qəzet
Sağlam həyatın ilk qaydası su içməkdir. Gündə ən azı 1,5-2 litr su içmək tövsiyə olunur. İçməli suya müxtəlif ədviyyatlar qataraq daha çox faydalana bilərsiniz.
Ümumiyyətlə darçın, mixək və nanə kimi ədviyyatlara üstünlük verilsə də, əsl sirr sarıkökdə gizlənir.
Bakupost.az təqdim edir:
Sarıkökdə olan kurkumin bədəndəki iltihabı hədəf alaraq ağrı və şişkinliyi aradan qaldırır. Həzm sisteminin daha səmərəli işləməsinə kömək edir, həzmsizlik və şişkinlik kimi problemlərə faydalıdır.
Sarıkök suyu immunitet sistemini gücləndirir, orqanizmi xəstəliklərə qarşı daha davamlı edir. Sarıkök suyu içərək bədəni toksinlərdən təmizləyib, maddələr mübadiləsini sürətləndirə bilərsiniz.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ