İnsanlara hürriyət, millətlərə istiqlal!

Gülnarənin müsadirə olunan milyonları BURA XƏRCLƏNİB

Özbəkistan hakimiyyəti ilk dəfə olaraq mərhum prezidentin qızı, son 10 ili həbsdə keçirən Gülnarə Kərimovadan İsveçrədən geri qaytarılmış vəsaitlərin necə xərcləndiyinə dair hesabat təqdim edib.

Musavat.com xəbər verir ki, geri qaytarılmış 95 milyon dolların içərisindən 87 milyon dollar səhiyyə və təhsil sahələrinə yönəldilib (hər sahəyə 43,5 milyon dollar olmaqla).

Səhiyyə (43,5 milyon dollar)

Ölkə üzrə 231 doğum evinə ümumilikdə 5841 ədəd müasir tibbi avadanlıq alınıb;

11 000-dən çox tibb işçisi üçün təlim proqramları təşkil olunub;

29 milli tibbi protokol yenilənib;

Əlavə olaraq 1400-dən çox avadanlıq vahidinin tədarükü planlaşdırılıb.

Təhsil (43,5 milyon dollar)

23,5 milyon dollar IT infrastrukturu və təhsil imkanlarının yaxşılaşdırılması layihəsinə ayrılıb;

Qalan 20 milyon dollar isə məktəblərdə sanitariya və gigiyena şəraitinin müasirləşdirilməsinə yönəldiləcək.

Bu vəsaitlər geri qaytarılmış aktivlərin idarə olunması üçün yaradılmış "Işonç" fondu vasitəsilə ölkəyə daxil olub. Gülnarə Kərimovaya məxsus İsveçrədə dondurulmuş ümumi aktivlərin məbləği 840 milyon dollar təşkil edir, onlardan 313 milyon dolların qaytarılmasına icazə verilib.

Bundan əlavə, bildirilib ki, Belçikada 216 milyon dollar dondurulub. Brüssel bu məbləğin yalnız yarısını qaytarmağa hazırdır və bu istiqamətdə danışıqlar davam edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 May 2025

BÜTÜN XƏBƏRLƏR