Onlayn ictimai-siyasi qəzet
"Ötən gün sosial şəbəkələr və mətbuat mənim göz rəngimi dəyişməyimdən yazdı. Mən bunu normal qarşılayıram və əslində, belə də olmalı idi".
Bu sözləri bir neçə gün əvvəl "FLAAK" əməliyyatı ilə qəhvəyi göz rəngini mavi rənglə dəyişən aparıcı Mətanət Əliverdiyeva sosial şəbəkə hesabında yaydığı videoaçıqlamada deyib.
Mətanət gözlərinin rəngini dəyişməsindən xoş hal olduğunu dilə gətirib:
"Vücüdumda əməliyyat etməyən insanam. Yəni dəyişikliklər etmərəm və əməliyyatlara getmərəm. Amma "FLAAK" əməliyyatı elə bir şeydir ki, çox risklidir. Göz rənginin dəyişməsi əməliyyatına qəti şəkildə qərar verdim. Çünki hər zaman linzalardan istifadə edirdim. Bu dəfə isə dedim ki, linzalara son. Gözümün rəngi kimi həyatım da dəyişdi".\olay
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ