Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampın reytinqi Alyaskada Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra kəskin şəkildə yüksəlib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə "Insider Advantage" tədqiqat xidmətinin sorğusunun nəticələri göstərir.
Məlumata görə, sammitdən sonra amerikalı liderin fəaliyyətini dəstəkləyənlərin sayı 54 faizə çatıb. Onun fəaliyyətini bəyənməyənlərin payı 44 faiz təşkil edib, respondentlərin 2 faizi isə hələ qərar verməyib. Qeyd olunur ki, Trampın göstəriciləri xüsusilə afroamerikalılar və Latın Amerikası mənşəli seçicilər arasında yaxşılaşıb. Ağdərili əhali arasında isə dəstək demək olar ki, rekord həddə – 64 faizə yüksəlib.
Sorğu 15–17 avqust tarixlərində keçirilib, statistik xəta 3,09 faiz bəndi təşkil edib.
Xatırladaq ki, YouGov tədqiqat xidmətinin iyulun ortalarında dərc etdiyi nəticələrə görə, amerikalıların yalnız 41 faizi prezidentin fəaliyyətini dəstəkləyib, təxminən 55 faizi isə ona qarşı çıxıb.
Musavat.com
24 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ