"Göyün yeddinci qatında məni ilk Röya təbrik etdi" - VİDEO
Xalq artisti Aygün Kazımova həmkarı Röya Ayxanla bağlı etirafı ilə diqqət çəkib.
Musavat.com xəbər verir ki, "Afaqla onlar" verilişində qonaq olan Xalq artistini sənət adamları təbrik edib.
Onlar arasında Röya da yer alıb:
"Ad gününü təbrik edirəm, can sağlığı arzu edirəm. Baxmayaraq ki, nə vaxtsa böyük qalmaqalımız olub. İllər keçir, biz böyüyürük, bəzi şeyləri başa düşürük. Can sağlığı, sənətdə uğurlar arzulayıram. Bizim rəqabətimiz mahnı üstündə olsun. Onsuz da heç vaxt şəxsi münasibətdə problem olmayıb. Bu, sənətlə, yəni balaca dedi-qodularla oldu. Sizi sevirəm".
Kazımova isə onu ad günü münasibətilə ilk təbrik edən şəxsin Röya olduğunu bildirib:
"Düz deyir, o məni, mən də onu çox sevirəm. Bir neçə gün əvvəl göyün yeddinci qatında məni ilk Röya təbrik etdi. Həmin gün biz eyni təyyarə ilə tədbirdən qayıdırdıq. Gəlib məni təbrik etdi, qucaqlaşdıq, öpüşdük. Başqa necə ola bilər? Başqa cür olmamalıdır. Bəzi xoşagəlməz şeylər yaşanıb. İndi Röya da böyüyüb, böyük qızdır. Mən də böyümüşəm, böyük qızam. Bilirəm ki, doğrudan da Röyanın mənə böyük sevgisi var. Bu, qarşılıqlıdır. Röya, canım, mən də səni sevirəm".
Könül İbrahim,
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ