Onlayn ictimai-siyasi qəzet
Myanmadakı 7,7 maqnitudalı dəhşətli zəlzələ zamanı Tailandın paytaxtı Bankokda bir göydələnin hovuzunda olan insanların qorxu dolu anları kameraya saniyəbəsaniyə əks olunub.
Musavat.com “Haber Global”a istinadən xəbər verir ki, göydələnin yuxarı mərtəbələrində təkanların təsiri ilə böyük panika yaşanıb və həmin anlar sürətlə sosial şəbəkələrdə yayılıb.
Həmin görüntüləri təqdim edirik:
Qeyd edək ki, Myanmanın mərkəzi hissəsində, Saqayn bölgəsi yaxınlığında zəlzələ baş verib.
ABŞ Geoloji Araşdırmalar Mərkəzinin (USGS) məlumatına görə, paytaxt Naypyidounun şimalında yerləşən Saqayndan təxminən 16 kilometr şimal-qərbdə ardıcıl olaraq 7,7 və 6,4 bal gücündə iki yeraltı təkan qeydə alınıb.
Musavat.com
02 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ