İnsanlara hürriyət, millətlərə istiqlal!

Göyçayda yetkinlik yaşına çatmayan qızla macəra: "Arxa oturacağa, yanıma keçdi" – ŞOK

Göyçay rayonunda 2001-ci il təvəllüdlü Sənan yetkinlik yaşına çatmayan tanışı İradəyə (adlar şərti verilib – red.) təcavüz edib.

Sənan sevgi münasibətində olduğu İradə ilə 2022-ci ilin noyabrında istintaqa dəqiq məlum olmayan gündə və vaxtda Göyçay şəhəri ərazisində “RTS” adlanan ərazidə “VAZ 2106” markalı avtomobilin arxa oturacağında onun razılığı ilə ilk dəfə təbii yolla cinsi əlaqədə olub.

İkinci dəfə həmin ilin noyabrında yenə özünün idarə etdiyi “VAZ 2106” markalı avtomobilin arxa oturacağında qızın razılığı ilə təbii yolla cinsi əlaqəyə girib.

Həmin ilin dekabr ayında Göyçay rayonu Ulaşlı-Şıxlı kəndi ərzisində üşüncü dəfə yenə İradənin razılığı əsasında avtomobilin arxa oturacağında onunla təbii yolla cinsi əlaqədə olub.

Sonuncu dəfə 11 yanvar 2023-cü ildə Ulaşlı-Şıxlı kəndi ərazisində İradə ilə bu dəfə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmaqla ona seksual xarakterli digər hərəkətlər edib.

İstintaq orqanı tərəfindən Sənanın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

“Mənimlə tanış olmaq istədiyini bildirdi”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sənan elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş İradə ilə 2021-ci ilin noyabrında onların həyətində fəhlə kimi xurma meyvəsi yığan vaxtı tanış olub: “İradəgilin həyətində işləyən zaman bir-birimizlə baxışdıq, bir-birimizdən xoşumuz gəldi. Həyətdə sonuncu gün işləyən zaman yaxınlaşaraq qırmızı və göy qələmlə yazılmış kiçik ölçülü kağız parçasını yanımdakı daş parçasının üzərinə qoydu.

Ətrafa nəzər saldım, heç kimin olmadığını görüb kağız parçasını götürdüm və cibimə qoydum. Bir qədər sonra kağız parçasına baxanda “sizinlə tanış olmaq olar, sizə qarşı hislərim var, cavab yazsanız sevinərəm” sözləri yazıldığını gördüm.

İradənin mənimlə tanış olmaq istədiyini anladım və əlimdəki xurma meyvələrinin qeydiyyata alınması üçün olan dəftərdən kiçik kağız parçası çırdım, mobil nömrəmi ora yazdım. Sonra İradənin gözünün qarşısında daş parçasının üzərinə qoydum. İradə dərhal yaxınlaşaraq mobil nömrəmin yazıldığı kağız parçasını götürdü”.

“Münasibətin düz gəlməyəcəyini bildirdim”

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra İradə vatsapda ona bir neçə dəfə yazıb, ondan xoşu gəldiyini bildirib: “Ona yaşımın 20 olduğunu dedim. İradə isə 15 yaşının tamamlandığını, 16 yaşın içərisində olduğunu bildirdi. Ona yaşının azlığını deyib aramızdakı münasibətin düz gəlməyəcəyini söylədim.

İşlərimi tamamlayıb yaşadığım evə getdim. Mobil telefonumun internet şəbəkəsini açdım. İradənin vatsapda bir neçə mesaj yazdığını, “bir müddət danışıb bir-birimizi tanıyaq, əgər münasibətimiz alınmazsa ayrılarıq” cümləsini yazdığını gördüm.

İradə ilə danışaraq bir-birimizi tanımağa razı olduq, yazışmağa başladıq. Həmin vaxt onun “Redmi” markalı smartfon mobil telefonu vardı. Bir neçə ay telefonda danışaraq yazışdıq. Hətta İradə Göyçay şəhərinə hazırlıq müəllimi yanına gələrkən kənd avtobusundan Göyçay şəhərində düşdükdən sonra birlikdə piyada hazırlıq müəlliminin evinə kimi söhbət etmişik”.

“Nömrəsini bloka atdım”

Təqsirləndirilən şəxs deyib ki, 2022-ci ilin yay aylarında İradə ona zəng edib və telefonda ağlayaraq valideynlərinin onunla yazışdığı mesajları mobil telefonunda gördüklərini bildirib: “O, valdeyinləri tərəfindən döyüldüyünü, ancaq məndən ayrılmaq istəmədiyini söylədi. Həmin vaxt bacım Südabədən İradənin ailəsinə xəbər göndərdim, aramızdakı münasibətin ciddi olduğunu bildirdim.

Bir neçə gün sonra İradə telefonda fəhlə işlədiyim üçün valideynlərinin mənə veriləsi qızları olmadığını dedi. Bu sözlərdən əsəbiləşərək mobil telefonumu yerə çırpıb sındırdım. Özümə yeni telefon alanadək bir neçə gün telefon işlətmədim. Təzə telefon alanda İradənin mənə zəng etdiyini gördüm. Onun telefon nömrəsini bloka atdım.

Ancaq bir neçə gün sonra İradə babasının telefonu ilə zəng edərək məndən ötrü hər gün ağladığını, nömrəsini blokdan çıxarmağımı xahiş etdi.

Nömrəsini blokdan çıxardıqdan sonra İradə yenidən anasına məxsus mobil nömrə ilə mənə zəng etməyə başladı. Yenidən İradə ilə danışıb, yazışmağa başladıq”.

“Avtomobildə ehtiraslandıq”

Təqsirləndirilən şəxs bildirib ki, 2022-ci il noyabrın 8-də ad günü olduğu üçün İradə ona ətir hədiyyəsi alıb: “Biz yenə əvvəlki kimi danışmağa başladıq. Həmin günü İradənin hədiyyə aldığı ətiri verdikdən sonra biz 5-10 dəqiqə Göyçay şəhəri ərazisində “Təzə məscid” adlanan yerlə üzbəüz olan parkdakı oturacaqların birində əyləşərək söhbət etdik. O zamanlar İradə Göyçay şəhərinə tibb hazırlıq kursuna öyrənmək üçün gəldiyindən rahat görüşə bilirdik.

Ad günüm olduğu üçün İradədən ayrıldım və öz evimizə getdim. Bir neçə gün sonra, 2022-ci ilin noyabrın dəqiq yadımda qalmayan günü, günorta saatlarında İradə zəng edərək hazırlıq vaxtı qurtardığı üçün kursdan çıxdığını, onu götürməyimi bildirdi. Öz maşınımla İradənin hazırlığa getdiyi kursun yanına yollandım. Birlikdə bir qədər Göyçay şəhəri ərazisində avtomobildə gəzdik.

İradə arxa oturacaqda əyləşmişdi. Bir qədər gəzdikdən sonra avtomobili yol kənarında, dəqiq yadımda qalmayan yerdə saxladım. Öz oturacağımın söykənəcəyini arxaya doğru çəkdim və arxa oturacaqda əyləşən İradəyə bir qədər yaxın oldum. Bir-iki dəqiqə öpüşdükdən sonra İradə yoldan keçən şəxslərin bizi görə biləcəyini dedi, daha gizlin yerə getməyi təklif etdi.

Göyçay şəhəri ərazisində “RTS” adlanan yerə, köhnə “Qurd fabriki” adlanan yerin qarşısına gəldik. Avtomobildən düşərək arxa oturacağa, İradənin yanına keçdim. Daha çox ehtiraslı olduğum üçün İradənin əynindəki paltarlarını çıxardım. Sonra ehtiraslı hərəkətlər etdik. Bundan sonra paltarlarımızı geyindik. İradəni Göyçay şəhəri ərazisində “Xəritənin arxası” deyilən yerdə düşürdüm”.

“Cinsi əlaqədə olduq”

Sənanın ifadəsinə görə, həmin vaxtdan bir neçə gün sonra, 2022-ci ilin noyabrında İradə ilə telefonda danışıb, hazırlıq üçün Göyçay şəhərinə gəldikdən sonra onu “AccessBank”ın yanından avtomobilinə götürüb: “Biz yenə də ilk görüşdüyümüz yerə, yəni “RTS” adlanan ara yola getdik. Orada yenə bir qədər sevişdik, sonra cinsi əlaqədə olduq. İradəni Göyçay şəhəri ərazisində düşürdüm”.

Təqsirləndirilən şəxs deyib ki, 2022-ci ilin dekabr ayı ərzində, yadında qalmayan tarixdə 1 dəfə İradə ilə Ulaşlı-Şıxlı kəndi ərazisində, “çayın başı” adlanan yerdə avtomobilin arxa oturacağında cinsi əlaqədə olublar: “Həmin vaxt dostum Həsən də mənimlə getmişdi. Ancaq İradə ilə avtomobildə görüşən zaman Həsən avtomobildən yerə düşüb və kənarda dayanıb.

2023-cü il yanvarın 11-də, axşam saatlarında İradə ilə əvvəlcədən telefonda danışdıqdan sonra onunla görüşmək qərarına gəldim. Gecəyarısı özüm tək İradəgilin kəndinə gedərək evlərinin qarşısından onu avtomobilimə götürdüm. Kənddəki “çayın başı” adlanan əraziyə getdik. Orada avtomobilinin arxa oturacağından İradə ilə hər ikimizin razılığı ilə həm təbii, həm də qeyri-təbii yolla cinsi əlaqədə olduq”.

Təqsirləndirilən şəxs deyib ki, sonuncu dəfə İradə zəng edib və onu görmək istədiyini bildirib: “İradə ilə telefonda danışan zaman dostum Vüqar da avtomobilimdə idi. Ondan İradəgilin kəndinə birgə getməyimizi xahiş etdim. Maşınımı İradəgilin yaşadığı evin qarşısında saxladım.

İradə arxa qapını açaraq avtomobilə əyləşdi. Maşına mindikdən sonra kənardan kiminsə onu gördüyünü dedi. Əsəbiləşib bildirdim ki, əgər səni kimsə gördüsə, nə üçün avtomobilə mindin?

Avtomobili İradəgilin kəndindəki “çayın başı” adlanan yerə tərəf sürdüm. Orada dostum Vüqar maşından düşərək kənara getdi. İradədən mənə nə deyəcəyini soruşdum. Vüqar dərhal geri qayıdaraq kənardan bizə tərəf fanar işığı ilə kiminsə gəldiyini dedi.

Avtomobili geriyə döndərərək qayıdan zaman qarşımızı 3-4 nəfər kəsdi və maşını saxlamağı işarə etdilər. Ancaq qorxduğumdan maşını saxlamadan həmin şəxslərin yanından sürüb getdim. Onlar avtomobilin alın şüşəsinə daş və ağacla vuraraq sındırdılar.

İradəni qapılarında düşürüb getdim. Sonra İradə və valideynlərinin barəmdə polisə şikayət etmələrini öyrəndim. Məni rayon polis şöbəsinə dəvət etdilər.

İradə ilə cinsi əlaqədə olmaq üçün zor tətbiq etməmişəm, ona qarşı zorakılıq yolu ilə heç bir seksual xarakterli və ya əxlaqsız hərəkətlər eləməmişəm. Onunla öz istəyi ilə cinsi əlaqədə olmuşam. İradəni əvvəlcədən sevmişəm, gələcəkdə ailə quracağımızı da düşünmüşəm”.

Təqsirləndirilən şəxs qeyd edib ki, İradənin güya onu fotoşəkillərlə hədələməsi, qorxudaraq zor tətbiq etməklə onunla cinsi əlaqədə olması uydurmadır: “İradə və ailəsi ilə barışmağa cəhd etmişəm. Lakin barışıq təklifimi qəbul etməyiblər. Əməlimdən peşmanam”.

“Sevgili kimi yaxın münasibətimiz yarandı”

İş üzrə zərərçəkmiş İradənin sözlərinə görə, Sənanı 2021-ci ilin noyabrından tanıyır: “Atam həyətimizdə olan satlıq xurmanı yeşiklərə yığdırmaq üçün özü ilə bir neçə fəhlə gətirdi. Fəhlələrdən biri olan Sənan həyətimizdə xurma yığan zaman məni söhbətə tutdu, məndən xoşu gəldiyini dedi. Xurma yığıb gedəndə mobil telefon nömrəsini mənə verdi, əlaqə saxlamağımı istədi.

Mobil telefonum olmadığı üçün anamın mobil nömrəsi ilə Sənana vatsapda mesaj yazdım. Biz ilkin olaraq yazışan zaman bir-birimizə ad, yaşlarımızı soruşduq. Sənana 14 yaşım tamamlandığını, Sənan isə ona 21 yaşı olduğunu dedi.

Bir neçə dəfə anamın telefonu ilə gizlincə Sənanla yazışdıq, ara-sıra da telefonda danışdıq. Bir neçə ay Sənanla danışdıqdan sonra artıq aramızda sevgili kimi yaxın münasibət yarandı. Hətta 9-cu sinifin buraxılış imtahanına hazırlaşmaq üçün Göyçay şəhərinə müəllim yanına gedib-gələrkən Sənan yanımda piyada birlikdə gedib-gəlib, söhbət etmişik. Sənan hər dəfə aramızdakı münasibətin tam ciddi olmaqla yanaşı, gələcəkdə ailə qurmağı düşündüyünü dedi. Sənana tam inandım”.

“Məni intim fotolarımla şantaj etdi”

İradə qeyd edib ki, təxminən 2022-ci ilin noyabrında Sənan özünə “VAZ2 106” markalı avtomobil alıb: “Həmin vaxtlar ilkin tibbi yardım üçün tibb bacısı peşəsini öyrənmək məqsədilə Göyçay şəhərinə həkimin keçdiyi kursa gəlirdim. Sənanın ad günü olduğu üçün ona ətir hədiyyəsi aldım. Bir neçə gün sonra Göyçay şəhərinə kursa gedən zaman məni qarşıladı, onun təzə aldığı maşına oturtdum.

Maşını şəhər içində müxtəlif istiqamətlərə sürdükdən sonra kənar bir yerdə saxladı. Arxa oturacaqda yanıma keçdi. İkimiz öpüşəndə çəkib mobil telefonunda saxladığı şəkili göstərərək atama, yaxınlarıma göndərəcəyini bildirdi. Mənə şillə vuraraq cinsi əlaqədə olmasam şəkilləri atama göndərəcəyi ilə hədələdi. Qorxduğumdan onunla cinsi əlaqədə oldum. 4 dəfə müxtəlif vaxtlarda eyni formada məni qorxudaraq cinsi əlaqədə olub”.

Bu cinayət işinə Göyçay Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sənan 2 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən narazı qalan zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən apellyasiya şikayəti verilib. Nümayəndə bildirib ki, ibtidai istintaq tərəfindən təqsirləndirilən şəxsin əməli düzgün tövsüf olunmayıb. O deyib ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə qarşı elədiyi əməl Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə düzgün ittiham verilməyib.

Nümayəndə qeyd edib ki, təqsirləndirilən şəxsə Cinayət Məcəllənin 149.2.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı zorlama) maddəsi ilə ittiham verilməli idi.

Nümyəndə Göyçay Rayon Məhkəməsinin hökmünün ləğv edilməsini, rəqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin 152.1-ci maddəsindən həmin məcəllənin 149.2.3-cü maddəsinə tövsif edilməsi üçün cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərar qəbul edilməsini xahiş edib.

Zərərçəkmiş tərəfin şikayəti araşdırılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilib. Apellyasiya şikayətini araşdıran hakim heyəti qərar elan edib. Şikayət təmin olunmayıb./Teleqraf.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR