Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Göyçay rayonu ərazisində 2009-cu il təvəllüdlü qız ögey atasının zorakılığına məruz qalıb. Bildirilib ki, bununla bağlı yetkinlik yaşına çatmayan qız polisə müraciət edib.
Mövzu ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Referans.az-ın sorğusuna cavab olaraq bildirib ki, Göyçayda yeniyetmənin zorakılığa məruz qalması ilə bağlı iddialar araşdırılıb.
"O, valideyni ilə birlikdə ərazi polis orqanına dəvət olunaraq izahatı alınıb. Araşdırma zamanı yeniyetmə qızın zorakılığa məruz qalması təsdiqi tapmayıb", - deyə polis kapitanı Mahir Məsimov əlavə edib.
02 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ