İnsanlara hürriyət, millətlərə istiqlal!

Göyçayda DƏHŞƏTLİ QƏTL: 17 yaşlı gənc SAXLANILDI

Göyçayda adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Göyçay rayon Prokurorluğundan Musavat.com-a bildirilib ki, avqustun 15-də saat 04 radələrində Göyçay rayonu ərazisində 1998-ci il təvəllüdlü Hüseyn Feyzullayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

"Araşdırmalarla 2007-ci il təvəllüdlü Səid Bayramlının aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirərək Hüseyn Feyzullayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Səid Bayramlı iş üzrə şübhəli şəxs qismində tutulub".

***

08:34

Avqustun 15-də saat 03 radələrində Göyçay şəhərində 1998-ci il təvəllüdlü Feyzullayev Hüseyn Famil oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Musavat.com-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2007-ci il təvəllüdlü şəxs saxlanılıb.

İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR