İnsanlara hürriyət, millətlərə istiqlal!

Göyçayda 14 yaşlı qız kimyəvimaddəni sərinləşdirici içki əvəzinə qəbul edib, nəticədə ölüb

Göyçay rayonunda 14 yaşlı qız kimyəvi maddə içərək ölüb.

"Report"un əldə etdiyi məlumata görə, hadisə sentyabrın 18-də rayonun Qaraxıdır kəndində qeydə alıb.

Belə ki, kən sakini, 2008-ci il təvəllüdlü Salikova Günəş Ramin qızı yaşadığı evin həyatyanı sahəsində yerləşən istixanada zərərverici həşaratların məhv edilməsi üçün pomidor şitillərinə vurulan "Fanta" butulkasında maye halında olan kimyəvi maddənin sərinləşdirici içki olmasını ehtimal edərək içməsi nəticəsində ölüb.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR