İnsanlara hürriyət, millətlərə istiqlal!

"Görüşə əriniz gəlsin" - Koçaryan əsgər anasını aşağıladı

Xəbər verdiyimiz kimi dünəndən başlayaraq Ermənistan parlamentinin qarşısında etiraz aksiyaları keçirilir. Baqramyan prospektinə toplaşan etirazçıların əksəri müharibədə öldürülmüş erməni əsgərlərin valideynləri olublar.

Azvision-un verdiyi xəbərə görə, müharibədə ölən hərbçilərin yaxınları ilə bağlı yaradılmış "5165" hərəkatının rəhbəri, Karin Tonoyan etirazçıları deputatların evlərinə yönəltməyə çalışıb. O, bundan sonra aksiyaların deputatların evləri qarşısında keçirilməsini tələb edib. Bu gün isə hakim "Vətəndaş müqaviləsi" fraksiyasından olan deputat Andranik Koçaryan parlamentin tribunasında çıxışı zamanı Tonoyanın çağırışlarına sərt şəkildə cavab verib.

"Hər kəs bizim ünvanlarımızı axtarır. Xanım Karin Tonoyan da bizə ləkə atmağa çalışır... Əgər mənim ünvanıma ehtiyacınız varsa, bunu ondan soruşmayın. Tonoyan, əgər əriniz varsa, mənimlə görüşə əriniz gəlsin", - Koçaryan deyib.

Qeyd edək ki, Tonoyanın oğlu da müharibədə öldürülüb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR