İnsanlara hürriyət, millətlərə istiqlal!

Gorusdakı hayın hay-küyü: “Bəs bizim təhlükəsizliyimiz?”

Zəngəzurun Gorus rayonunun Tex (Dığ) kəndinin sakinlərinin payızlıq bitki sahələri Azərbaycanın nəzarətində qalıb.

Musavat.com bildirir ki, “Həyat naminə ölkə” partiyasından olan icmanın Ağsaqqallar Şurasının üzvü Masis Zeynalyan Ermənistan mediasına açıqlamasında belə bir iddia ilə çıxış edib.

Ardınca belə bir iddia səsləndirib ki, Azərbaycan əkin sahələrini tutub, otlaqlar isə birbaşa Azərbaycan hərbçilərinin atəşi altındadır. Zeynalyan fermerlərin bu ərazilərdəki səpinə xeyli pul xərclədiyini bildirib.
Vurğulayıb ki, Ermənistan hakimiyyəti maddi ziyanı kompensasiya edə bilər, lakin problem bu deyil. “Bəs bizim torpağımız? Bəs bizim təhlükəsizliyimiz? İndi azərbaycanlılar mühəndislik işləri aparır, mövqelər tikirlər, amma kənd camaatı arasında panika yoxdur”.

P.S.Göründüyü kimi, Azərbaycanın tarixi ərazilərini mənimsəyib əkin-biçinlə məşğul olan hay dəstələri ordumuzun qurduğu yeni mövqelərdən sonra vay-şivən qoparıblar, amma bütün bunların heç bir mənası yoxdur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR