Onlayn ictimai-siyasi qəzet
Tbilisidə Azərbaycan, Gürcüstan və Ermənistan Xarici İşlər Nazirliklərinin nümayəndələri arasında üçtərəfli görüş keçirilir.
Musavat.com xəbər verir ki, tədbirə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili rəhbərlik edir.
Görüşün məqsədi üç ölkə arasında mövcud baxışları və əməkdaşlıq imkanlarını müzakirə etmək, mümkün yeni istiqamətləri müəyyənləşdirməkdir. Bu dialoq gələcək üçtərəfli əməkdaşlıq üçün əsas yarada bilər.
Görüşdə Gürcüstanı xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya, Azərbaycanı nazir müavini Elnur Məmmədov, Ermənistanı isə nazir müavini Vaqan Kostanyan təmsil edir.
Ermənistan Xarici İşlər Nazirliyi görüşlə bağlı məlumat yayaraq bildirib ki, danışıqlarda regional əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, Gürcüstan daha əvvəl Bakı və İrəvan arasında sülh sazişinin imzalanması üçün öz platformasını təqdim etməyə hazır olduğunu bəyan etmişdi.
Musavat.com
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ