Onlayn ictimai-siyasi qəzet
İki il dörd aydır sürən ağır döyüşlərdə Rusiya ordusu canlı qüvvə daşıyan 4 minədək zirehli maşın və piyadaların döyüş maşınını itirib. Hər iki zirehli maşın növündən canlı qüvvəni döyüş meydanına daşımaq üçün istifadə edilir.
“Forbes” jurnalı "Oryx" holland hərbi təhlil saytına istinadən yazır ki, bu, orta hesabla ayda 150 rus zirehli hərbi maşınının məhvi deməkdir.
Rusiya 2022-ci ilin fevralında tammiqyaslı savaş başladandan bəri Ukraynanın toplam minə yaxın zirehli döyüş maşını sıradan çıxarılıb.
Ötən ay Rusiyanın itkiləri kəskin artıb. Təhlilçi Endryu Perpetua deyir ki, Rusiya ötən ay 288 zirehli transportyor və piyadaların döyüş maşınını itirib. "Bu, yalnız görə və saya bildiklərimizdir", - deyə o vurğulayıb.
Baş verənlər göz önündədir. 1126 kilometrlik cəbhə xəttinin ən qanlı hissələrindən biri Ukraynanın şərqindəki Avdeyevka şəhəridir. Bu şəhərin xarabalıqları ətrafında ukraynalılar döyüş meydanına daha yaxşı, ruslarsa daha pis maşınlar çıxarırlar. İkisi toqquşarkən ruslar ağır itki verirlər. Son bir ayda sosial mediada paylaşılan iki video zirehli maşınlarla bağlı qeyri-tarazlığı qrafik şəkildə göstərir. Hər iki halda Ukraynanın Amerika istehsalı olan "M-2 Bradley" piyada döyüş maşını Rusiyanın zirehli transportyorlarını məhv edir. Bu iki toqquşmada onlarla rus əsgərinin ölməsi ehtimalı böyükdür.
Mayın 2-dən öncə baş verən birinci döyüşdə Rusiyanın köhnə "MT-LB" zirehli traktorlarından biri Avdeyevkanın qərbində sürətlə Ukrayna xəttinə tərəf hərəkət edir və özü ilə partlayıcı dronlar daşıyır. Onun üzərində 6-yadək piyada əsgər var. Onu ABŞ-nin Ukraynaya verdiyi 1990-cı illərə aid vintaj "M-2" döyüş maşını qarşılayır.
Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız təhlükəsizlik eksperti İlham İsmayıldır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı:
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ