İnsanlara hürriyət, millətlərə istiqlal!

Gömrük Komitəsində otağı su basdı- Video

Dövlət Gömrük Komitəsinin Yasamal rayonunda yerləşən və bir müddət əvvəl istifadəyə verilmiş yeni inzibati binasında otaqlardan birini su basıb.

Musavat.com Qafqazinfo-ya istinadən xəbər verir ki, binadakı yanğınsöndürmə sistemi qəfildən işə düşüb.

Nəticədə otağa tavandan su tökülməyə başlayıb.

Yanğınsöndürmə sisteminin nasazlıq səbəbindən və ya hər hansısa siqnal əsasında işə düşdüyü məlum deyil.

***

Dövlət Gömrük Komitəsindən Musavat.com-a bildirilib ki, soyutma sistemində qısamüddətli texniki nasazlıq baş verib və tez bir zamanda aradan qaldırılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR